Babək rayon sakini dəm qazından zəhərləndi
    • 20-07-2023, 00:42
    • 251

Babək rayon sakini dəm qazından zəhərləndi

Naxçıvan Muxtar Respublikasının (NMR) Babək rayonunun Didivar kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Kənd sakini, 1999-cu il təvəllüdlü Eldar Məhəmməd oğlu Mustafayev yaşadığı evin hamamında dəm qazının sızması nəticəsində zəhərlənib. O, NMR Xəstəxanasına yerləşdirilib.

Faktla bağla araşdırma aparılır. /APA/