Vatsapdakı problem aradan qalxdı - Yenilənib
    • 20-07-2023, 01:18
    • 169

Vatsapdakı problem aradan qalxdı - Yenilənib

Dünyanın məşhur mesajlaşma platforması olan vatsapın fəaliyyətində problem yaranıb.

News24.az xəbər verir ki, hazırda platforma üzərindən mesaj göndərmək istəyən istifadəçilər buna nail ola bilmirlər.

Nasazlığın qlobal xarakter daşıdığı bildirilir. 

Həmçinin, problem ölkəmizdəki istifadəçilərdə də yaşanmaqdadır.

***

Vatsap tətbiqinin işində yaranan problem aradan qalxıb.

İstifadəçilər artıq mesaj göndərməkdə çətinlik yaşamır.