TBMM-də növbədənkənar iclas keçiriləcək
    • 20-07-2023, 11:08
    • 153

TBMM-də növbədənkənar iclas keçiriləcək

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) kafi sayda millət vəkillərinin imzası ilə 25 iyul saat 16:00-da Türkiyə Böyük Millət Məclisində (TBMM) növbədənkənar iclas keçiriləcək.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş məlumat verib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunun 9 iyul tarixində partiya üzvləri ilə Zoom proqramı üzərindən gizli iclaslar keçirdiyi ortaya çıxıb. Partiyadan kütləvi istefaların olduğu iddia edilir.