İohannesburq şəhərində partlayış: 41 nəfər ağır xəsarət aldı
    • 20-07-2023, 11:28
    • 85

İohannesburq şəhərində partlayış: 41 nəfər ağır xəsarət aldı

Cənubi Afrikanın İohannesburq şəhərindəki partlayışda 41 nəfər ağır xəsarətlər alıb. 

News24.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Hautenq əyalətindəki qaz borularından birinin nasazlığı səbəbindən baş verib. 

Partlayış yaşayış məntəqəsinə yaxın ərazidə olduğundan bir neçə binaya ciddi ziyan dəyib, o cümlədən magistral yolda dərin çuxur yaranıb. 

Hadisədən sonra əraziyə mavi yanacağın verilməsi dayandırılıb, yaxınlıqda yerləşən binaların sakinləri təxliyə edilib.

Fərid Azəri