Jurnalistika istənilən dövlətin həyatında mühün rol oynayır - Kamran Əliyev
    • 20-07-2023, 16:04
    • 170

Jurnalistika istənilən dövlətin həyatında mühün rol oynayır - Kamran Əliyev

"Jurnalistika istənilən dövlətin həyatında mühün rol oynayır. Azərbaycan jurnalistikasının yaranması, inkişafı, bu günkü durumu çətin inkişaf yolu keçib. Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətdə jurnalistika daha da inkişaf etdi”.

News24.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib. 

O bildirib ki, Azərbaycan jurnalistikasının ən böyük imtahanı 44 günlük Vətən müharibəsi zamanı oldu: 

“Azərbaycan jurnalistikası 44 gün ərzində əvvəlki dönəmdən qalan blokadanı yıxdı. Siz jurnalistlərin əməyi nəticəsində dünya da bu həqiqətləri dərk etdi. Biz təkcə ön cəbhədə deyil, həm də informasiya cəbhəsində uğurlu mübarizə apardıq”. 

Baş Prokuror əlavə edib ki, prokurorluq orqanları fəaliyyəti zamanı jurnalistlərin əldə etdikləri məlumatlardan faydalanır: 

“Jurnalistlərin yazdığı məlumatlar tərəfimizdən diqqətdə saxlanılır və biz sözügedən məlumatlardan faydalanırıq”.

Qumral Əliyeva