"Suyumuz çirkli və paslı gəlir" - ŞİKAYƏT - VİDEO
    • 21-07-2023, 12:50
    • 240

"Suyumuz çirkli və paslı gəlir" - ŞİKAYƏT - VİDEO

Bakı şəhəri Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsinin sakinləri içməli su problem ilə üz-üzə qalıblar.

News24.az-a müraciət edən şikayətçi iddia edib ki, ərazidən keçən su borularının bir qismi dəyişdirilib plastik borularla əvəz edilsə də, yenidən köhnə, sovet dönəmindən qalma dəmir borulara birləşdirilib. Nəticədə su çirkli və paslı gəlməyə başlayıb. Şəhər sakini iddia edir ki, bu, materiala qənaət etmək məqsədilə edilib.  
 
İddia ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı News24.az-a açıqlamasında bildirdi ki, səsləndirilən fikirlər əsassızdır:

"Sözügedən ünvanda suyun keyfiyyəti ilə bağlı heç bir təhlükə yoxdur. Bizim şəbəkədə əhaliyə verilən su keyfiyyət standartlarına tam uyğundur".

Qumral Əliyeva