Çip yerləşdirmək üçün başını burğu ilə deşdi
    • 21-07-2023, 16:13
    • 177

Çip yerləşdirmək üçün başını burğu ilə deşdi

Rusiyanın Novosibirsk şəhərində 40 yaşlı kişi insan yuxularını qeydə ala biləcək "cip" icad etdiyini deyib.

News24.az "Hurriyyet"ə istinadla məlumat verir ki, Mixail Raduqa adlı şəxs həmin cihazın ilk olaraq onun başına yerləşdirilməsini istəyib. O, bununla bağlı ölkədə bir neşə klinikaya müraciət edib. Lakin həkimlər bunun riskli olduğunu deyərək, əməliyyatdan imtina ediblər.

Ancaq Raduqa fikrindən vaz keçməyib. O, həmin əməliyyatı evində, özü həyata keçirib. Belə ki, 40 yaşlı şəxs başını burğu ilə deşərək "çip"i yerləşdirməyə çalışıb. Nəticədə, qanitirmədən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Raduqa bu təhlükəli əməliyyatdan sağ çıxdığı üçün xoşbəxt olduğunu desə də, nəticə əldə etmək üçün ölməyə hazır olduğunu da bildirib.

Nərmin Murad