Baş verən cinayətlərin 99,1 faizi açılıb
    • 21-07-2023, 18:21
    • 180

Baş verən cinayətlərin 99,1 faizi açılıb

6 ayda Silahlı Qüvvələrdə baş verən cinayətlərin 99,1 faizi açılıb.

News24.az xəbər verir ki, bu barədə bu gün Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında bildirilib. 

Qeyd olunub ki, 2023-cü ilin birinci yarımilində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəlib.

Həmçinin, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,1%-i, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100%-i açılıb.