Rusiya XİN:"Jurnalistin ölümündə təqsirkar olanlar sərt cəzalandırılacaq"
    • 22-07-2023, 21:12
    • 298

Rusiya XİN:"Jurnalistin ölümündə təqsirkar olanlar sərt cəzalandırılacaq"

"Jurnalist Rostislav Juravlyovun ölümündə günahı olanlar sərt cəzalandırılacaq".

News24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Zaporojye vilayətində silahlı hücum zamanı RİA "Novosti" Agentliyinin hərbi jurnalisti Rostislav Juravlyovun öldürülməsinə belə münasibət bildirib:

"Bu hadisənin bütün məsuliyyəti Ukrayna tərəfini kaset bombaları ilə silahlandıran tərəfdaşlarının üzərinə düşür. Əldə etdiyimiz məlumatlar göstərir ki, bu hücum əvvəlcədən təşkil olunub".

M. Zaxarova dünya ictimaiyyətindən bu hadisəyə reaksiya gözləmədiklərini də dilə gətirib.