Trampdan Baydenə sərt sözlər:
    • 24-07-2023, 13:50
    • 92

Trampdan Baydenə sərt sözlər: "Ölkəni axmaq idarə edir"

ABŞ-nin sabiq prezidenti Donald Tramp ölkə başçısı Co Baydeni silah-sursatın olmadığını təsdiqlədiyi üçün sərt təndiq edib.

News24.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 

“O, Çinə və digər düşmən ölkələrə dedi ki, bizim sursatımız yoxdur. Bunu demək üçün nə qədər axmaq olmalısan?”. 
Onun sözlərinə görə, hərbi arsenalın tükənməsindən daha pisi, bu sahədə problemlər barədə yalnız açıq bəyanat ola bilər. Eks-prezident vurğulayıb ki, bütün dünyada nüvə müharibəsi təhlükəsi artır, ölkəni “nə etdiyini başa düşməyən axmaq” adam idarə edir, ABŞ ən təhlükəli dövrünü yaşayır.

Arzu