Şirvanda avtoxuliqanlıq edənlər həbs edildi
    • 25-07-2023, 09:48
    • 184

Şirvanda avtoxuliqanlıq edənlər həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində hərəkətdə olan “Xəzər” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, “VAZ-21074” markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hər iki sürücü - Cavid Əsgərzadə və İsmayıl Məcidov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər məhkəməsinə göndərilib.

Məhkəmənin qərarları onlar 25 sutka inzibati qaydada həbs ediliblər.