Çexiyada hər kəs bu azərbaycanlıdan danışır - “Porşe”si ilə polislə yarışdı - VİDEO
    • 25-07-2023, 11:45
    • 331

Çexiyada hər kəs bu azərbaycanlıdan danışır - “Porşe”si ilə polislə yarışdı - VİDEO

İyulun 23-ü axşam saatlarında Praqa polisi yerli qanunla qadağan edilən şüşələri tündləşdirilmiş qara “Porşe” avtomobilini saxlayıb. Polis sürücüdən şəxsiyyət və sürücülük vəsiqələrini göstərməsini istəyib.

News24.az xəbər verir ki, bu barədə vinegret.cz nəşri yazıb.

“Polis sürücünün onlara saxta sənədlər göstərməsindən şübhələnib. Sonradan məlum olub ki, bu şəxs arzuolunmaz şəxslər siyahısındadır və buna görə də qeyri-qanuni olaraq Çexiya ərazisindədir”, - deyə Praqa polisinin nümayəndəsi Yan Rıbanski bildirib.

Aşkar olunduğunu anlayan sürücü qaza basaraq qaçmağa çalışıb. Bundan sonra polis onu təqib etməyə başlayıb. Döngələrin birində idarəetməni itirən sürücü lüks avtomobilini işıq dirəyinə və divara çırpıb.

Sürücü avtomobildən düşüb, yaxınlıqdakı parka qaçaraq kolluqların arasında gizlənib. Orada o, hadisə şahidləri tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları vaxtında gəlib və onu saxlayıblar - o, müayinə üçün xəstəxanaya aparılıb. 

Öz növbəsində, “Týdeník Policie” portalı xəbər verir ki, sonrakı müfəssəl yoxlama zamanı məlum olub ki, həmin şəxs Şengen zonasına girişi qadağan edilən şəxslər siyahısına daxil edilmiş Azərbaycan vətəndaşıdır. Onun avtomobilində nağd avro da aşkar edilib.

Narkotik axtarışı üçün xüsusi təlim görmüş itlərlə qəza yerinə kinoloqlar gəlib. Onlar qəza yerinə baxış keçirib, həmçinin sürücünün qaçırmağa çalışa biləcəyi qeyri-qanuni maddələrin axtarışı üçün iş aparıblar. Axtarış nəticələri açıqlanmır.

Turan