İngiltərədən Türkiyəyə böyük dəstək
    • 25-07-2023, 13:25
    • 102

İngiltərədən Türkiyəyə böyük dəstək

Böyük Britaniya Türkiyədə yeni yüksək sürətli elektrikləşdirilmiş dəmir yolu inşası üçün 680 milyon funt sterlinq maliyyə yardımı edəcək.

News24.az xəbər verir ki, İngiltərə İxrac Maliyyə Agentliyi (UKEF) tərəfindən verilən 680 milyon funt sterlinq Renaissance Holdinqə Mersini Adana, Osmaniye və Qaziantep şəhərləri ilə birləşdirən yüksək sürətli elektrikləşdirilmiş dəmir yolunun tikintisini başa çatdırmağa imkan verəcək.

Qeyd edək ki, Türkiyənin ikinci ən böyük konteyner limanını 241,4 kilometr məsafədə daxili şəhərlərə birləşdirən daha az emissiyalı nəqliyyat əlaqəsi təqdim edəcək dəmir yolunun karbon qazı ekvivalenti emissiyalarını ildə 150 ​​min tondan çox azaltması gözlənilir.

Aydan