Goranboyda avtomobil qəzası olub - Xəsarət alanlar var
    • 26-07-2023, 08:11
    • 90

Goranboyda avtomobil qəzası olub - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub. Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb. 

Nəticədə minik maşınında olan bir ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.