Sürücü və sərnişin saxlanıldı
    • 26-07-2023, 11:32
    • 129

Sürücü və sərnişin saxlanıldı

İyulun 24-də saat 21 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində işıq cihazlarından düzgün istifadə olunmayan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, sürücü - Yevlax rayon sakini Pərviz Rüstəmovun və avtomobildə olan həmyerlisi, əvvəllər məhkum olunmuş Şaiq Şirinovun narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub. Onlar Hacıqabul rayon polis şöbəsinə təhvil veriliblər.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.