Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs saxlanıldı
    • 13-09-2022, 10:59
    • 207

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs saxlanıldı

Sentyabrın 11-də saat 12 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində manevr qaydalarını pozan “Chevrolet” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

News24.az xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücü - Bakı şəhər sakini Ramin Qədimovun narkotik vasitənin təsir altında olması müəyyən edilib. O və sərnişinləri - Xəqani Rəhimov, əvvəllər məhkum olunmuş Səbuhi Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər.

Polis İdarəsində S.Məlikovun çantasına baxış zamanı oradan heroin, metamfetamin, preqabalin, 5 ədəd tramadol həbi, 1 ədəd metadon həbi, elektron tərəzi və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.