Okeanların rəngi dəyişir - Alimlərdən dəhşətli PROQNOZ
    • 26-07-2023, 13:01
    • 205

Okeanların rəngi dəyişir - Alimlərdən dəhşətli PROQNOZ

Alimlər okeanların səthinin 56%-nin rənginin dəyişdiyini açıqlayıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər bildiriblər ki, parlaq mavi-yaşıl ləkələr o qədər genişdir ki, onları kosmosdan çəkilmiş şəkillərdə aydın görmək olur. Okeanoloqlar qeyd edirlər ki, vəziyyət qlobal xarakter daşıyır. Bu, bitki və heyvanların kütləvi ölümünə səbəb ola bilər.

Qeyd olunub ki, okeanların rənginin dəyişməsi siyanobakteriyaların - mavi-yaşıl yosunların yayılması ilə bağlıdır.

Alimlərin izah etdiyi kimi, bu, siyanobakteriyaların bitki planktonunun digər növlərini sıxışdırıb çıxarması və əsasən zəhərli olması ilə bağlıdır. Onların qidalanması səbəbindən zooplankton və kiçik xərçəngkimilər ölür. Ölən hər şey dibinə çökür, orada çürüməyə başlayır. Bu səbəbdən oksigenə ehtiyacı olan bakteriyalar əmələ gəlir. Onlar siyanobakteriyalara yaxın səthə qalxaraq, özləri üçün getdikcə daha çox oksigen alaraq balıqlar üçün ölü zona yaradırlar.

Okeanoloqlar hazırda baş verənlərin səbəblərini müəyyənləşdirirlər. Alimlər problemin qlobal istiləşmə ilə bağlı olmadığından şübhələnirlər, çünki donma zonaları temperaturun yüksəldiyi yerlərlə üst-üstə düşmür.