Qadağanedici işarəni keçən sürücü qəza törətdi - VİDEO
    • 26-07-2023, 18:20
    • 149

Qadağanedici işarəni keçən sürücü qəza törətdi - VİDEO

Bakıda svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobilinin sürücüsü qəza törədib.

News24.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi bu gün Səməd Vurğun və Hənifə Ələsgərov küçələrinin kəsişməsində baş verib. NİİM bununla bağlı görüntü yayıb.

“Bu video görüntü bir daha göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sürücülər “ heç nə olmaz, çatdıraram” prinsipini əsas götürüb, svetoforun qırmızı işığında keçirlər və nəticədə qəzalar qaçılmaz olur”, NİİM-dən bildirilib.