Suraxanıda həyət çökdü, sakinlər ölümlə üz-üzə- VİDEO
    • 26-07-2023, 19:03
    • 396

Suraxanıda həyət çökdü, sakinlər ölümlə üz-üzə- VİDEO

Suraxanı rayonu, Günəşli yaylası, döngə 1 dalan 5 ünvanında yaşayan bəzi ailələr, hər gün ölümlə üz üzə dayanır. Buna səbəb isə həyətlərin və yaşadığı evlərin sürüşüb dağılmasıdır.

Çəkiliş zamanı əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri News24.az-ın əməkdaşlarının suallarına cavab vermək istəmədi. Onlar avtomobilə əyləşib ərazidən uzaqlaşdılar.

Sakinlərin sözlərinə görə, onlara öz hesablarına kirayə evə çıxmağı təklif ediblər. Lakin imkansızlıqdan onlar evlərini tərk edə bilməyiblər.

Problemli ərazidən hazırladığımız videonu sizə təqdim edirik:

Müxbir: Ayfər Nizaməddinqızı