Evinin divarlarında 10 kiloqram insan saçı tapdı
    • 27-07-2023, 10:40
    • 157

Evinin divarlarında 10 kiloqram insan saçı tapdı

Avstraliyanın Viktoriya ştatının Ballarat şəhərinin sakini evinin divarları arasında 10 kiloqram insan saçı tapıb.

News24.az xəbər verir ki, bu barədə Yahoo News məlumat yayıb.

Belə ki, Kris adlı şəxs şəhərətrafı bir evdə pəncərələri dəyişdirmək qərarına gəlib. Bu zaman evin divarlarında kiloqramlarla saç olduğunu müəyyən edib.

Kris çardaqda daha bir neçə kisə saç tapıb. Ümumilikdə o, hər yerdə gizlədilmiş 10 kiloqrama qədər müxtəlif rəngli insan saçları olduğunu aşkar edib.