-
- 2-03-2019, 21:15
- 655
Nazir hakimin döyülməsi işini nəzarətə götürüb
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov həvəskarlar arasında keçirilən MFL-də baş verən hadisəni nəzarətə götürüb.
Nazirin göstərişi ilə hadisə araşdırılır, artıq prokurorluq orqanları da Nahid Xasıyevə edilən hücumun istintaqını aparır.
Xatırladaq ki, fevralın 27-də keçirilən "Sabko" - "Qala Sığorta" oyununda meydan sahiblərinin futbolçusu Ramil Əliyev matçın hakim Nahid Xasıyevə qarşı fiziki güc tətbiq edib və nəticədə oyun 23-cü dəqiqəsindən etibarən dayandırılıb.
Xasıyev özü isə Ramil Əliyevdən şikayətçi olmayıb. Gənc hakim Əliyevin ailə vəziyyətini, azyaşlı övladının olmasını nəzərə alıb və ona hücum edən futbolçunun ağır cəzalandırılmasını istəməyib.
Məsələyə hüquqi qiymət hüquq-mühafizə orqanlarının araşdırmasından sonra veriləcək. Xasıyevin Ramil Əliyevdən şikayətçi olmaması futbolçunun işini nisbətən yüngülləşdirir.
Qeyd edək ki, Ramil Əliyev tanınmış forvard Rauf Əliyevin qardaşıdı.
//Sport7Az