Paşinyan Azərbaycanla sərhədə gəlir - Ermənilər panikada
    • 28-07-2023, 11:47
    • 163

Paşinyan Azərbaycanla sərhədə gəlir - Ermənilər panikada

Xəbər verdiyimiz kimi, iyulun 28-də Ermənistanın baş naziri Nikol Paşinyan Basarkeçərə (Vardenis) səfər edəcək. 

News24.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, hazırda şəhərdə ajiotaj hökm sürür.

Qeyd edilib ki, patrul xidmətinin əməkdaşları şəhərinin mədəniyyət evinə gedən yolu bağlayıblar. “Şəhərin küçələrini qumla “təmir” edib rəngləyir, zibildən təmizləyirlər. Paşinyanın səfərindən əvvəl şəhərin görkəmini “düzəltməyə” çalışırlar. Bir vaxtlar müxalifətçi deputat olan Paşinyan Serj Sarkisyanın regional səfərləri öncəsi küçələrin “yamaqlanması” məsələsini dəfələrlə gündəmə gətirərək, hər şeyin qaydasında olduğu illüziyası yaradıb. İndi də eyni şey baş verir, yalnız Serj Sarkisyanın yerinə Nikol Paşinyandır”, - nəşr yazıb.

Qeyd edək ki, Basarkeçər Azərbaycanla sərhəddə yerləşir.

Akqabay