Millət vəkili edam cəzasından YAZDI
    • 30-07-2023, 16:04
    • 240

Millət vəkili edam cəzasından YAZDI

Millət vəkili Fazil Mustafa feysbuk hesabında edam cəzası ilə bağlı etdiyi paylaşımla diqqət çəkib.

News24.az
sözügedən paylaşımı təqdim edir: 

"Tailandda 6 əmələ görə edam cəzası nəzərdə tutulub. Birinci sırada qida məhsullırına ağır xəstəliyə səbəb olacaq qatqılar vurmaqla vətəndaşların sağlamlığının pozulmasıdır. 

Bizdə sürətlə artan onkoloji və başqa xəstəliklərin əsas səbəbi budur. Minlərlə insan qırxı, əllini haqlamamış dünyasını dəyişir. İkinci kateqoriyada edam hökmü saxta dərman istehsalı və satışı üçün müəyyənləşib.

Sonra narkotika, ardınca yetkinlik yaşına çatmamış qıza təcavüz və xüsusi amansızlıqıa qəsdən adam öldürmə kimi cinayətlər gəlir.

 Demək ki, bizdən fərqli olaraq Tailandda əhalini kütləvi zəhərləməyə yönəlik əməllərə qarşı daha sərt davranırlar. Təbii yağa palma yağı qatanlar, çörəyin tərkibinə hər cür zir-zibil dolduranlar, dərmanların tərkibini dəyişib keyfiyyətini azaldanlar heç də hər məmləkətdə şad-xürrəm yaşamırlar".