Biləcəri sakinləri su problemi ilə üz-üzədir
    • 1-08-2023, 10:30
    • 219

Biləcəri sakinləri su problemi ilə üz-üzədir

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan vətəndaşlar içməli suya həsrət qalıblar.

News24.az Xəzər xəbərə istinadən xəbər verir ki, su 2 ildir ya fasilələrlə, ya da qrafiklə verilir.

Sakinlərin sözlərinə görə, son 2 ayda qrafikə belə məhəl qoyulmur.

Bildirilib ki, sakinlərin problemi Binəqədi rayon Su Kanal idarəsi tərəfindən nəzarətdə saxlanılacaq.

Leyla SƏMƏNDƏR