Avropa İttifaqı İslam dünyası ilə "Quran"ın yandırılmasını müzakirəyə hazırdır
    • 1-08-2023, 18:34
    • 128

Avropa İttifaqı İslam dünyası ilə "Quran"ın yandırılmasını müzakirəyə hazırdır

Avropa İttifaqı (Aİ) rəsmiləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Avropada "Quran"ın yandırılmasını müzakirə etməyə hazırdırlar.

News24.az "Russian.rt"-yə istinadla xəbər verir ki, bu barədə Aİ-nin Xarici Xidmətinin sözçüsü Nabila Massrali bildirib.

O, İraqın bu cür hərəkətlərə baxılması üçün nazirlər komissiyası yaratmaq təklifini belə şərh edib.

Massrali etiraf edib ki, "Aİ-də qanuni olan hər şey etik deyil və "Quran" yandırılması təhqiramizdir.

“Bunlar bir neçə şəxs tərəfindən həyata keçirilən ehtiyatsız hərəkətlərdir, Aİ-nin üzərində qurulduğu dəyəri təmsil etmir. Biz bu təşkilatın gələcək addımlarını başa düşmək üçün İƏT katibliyi və onun Brüsseldəki daimi nümayəndəliyi ilə əlaqə saxlayırıq”, - deyə o bildirib.

Bununla yanaşı, Massralı jurnalistlərin Aİ-nin Quranın yandırılmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi imkanını nəzərdən keçirmək niyyətində olub-olmaması sualına cavab verməyib.

Aydan