"Moskva təhlükədədir" - Peskov
    • 1-08-2023, 18:15
    • 255

"Moskva təhlükədədir" - Peskov

“Moskva açıq-aşkar təhlükədədir. Amma baş verənlərlə bağlı Müdafiə Nazirliyi şərh verə bilər”. 

News24.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 “Müdafiə Nazirliyinin dediklərinə əlavə ediləcək heç nə yoxdur. Ekspert nöqteyi-nəzərindən yalnız hərbçilər şərh verə bilər. Təhlükə var, bu, göz qabağındadır. Tədbirlər görülür”, - Kreml sözçüsü bildirib.

Eyni zamanda o, bəyan edib ki, Kreml 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktı ilə Moskvaya hücum arasında oxşarlıq görmür.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna pilotsuz təyyarələrinin Moskvaya hücumlarını Nyu Yorkdakı terror aktları ilə müqayisə edib.

Arzu