Xırdalandakı zibillik təmizləndi- Anti-sanitar vəziyyət aradan qaldırıldı-VİDEO
    • 3-08-2023, 00:32
    • 286

Xırdalandakı zibillik təmizləndi- Anti-sanitar vəziyyət aradan qaldırıldı-VİDEO

Bu gün səhər saatlarında Xırdalan şəhər sakinin News24.az-a ünvanladığı müraciət əsasında dayanacağın ətrafında yaranmış anti sanitar vəziyyətlə bağlı görüntülər efirə getdikdən sonra, Abşeron Rayon İcra Hakimiyyətindən News24.az-a bildirilmişdi ki, vətəndaşların haqlı narazılığı nəzərə alınıb və məsələ ilə bağlı artıq tədbir görülüb.

Bir neçə saat sonra şikayət edən vətəndaş ərazinin yeni görüntülərini redakasiyamıza göndərərək bildirib ki, həqiqətən də, ərazidə təmizlik işləri aparılıb və ətraf zibillikdən təmizlənib.

Vətəndaş News24.az xəbər portalına və ARİH-nə öz təşəkkürünü bildirib.

Həmin görüntüləri təqdim edirik: