Ərazi tullantılardan təmizləndi
    • 4-04-2022, 11:29
    • 670

Ərazi tullantılardan təmizləndi

Sabirabad şəhəri, İlham İsgəndərov küçəsində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov News24.az-a bildirib ki, tullantıların qalaqlandığı ərazi Xidmət əməkdaşlarının nəzarəti altında Sabirabad bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib.

“Ərazinin nəzarətə götürülməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müraciət olunub”.