Ermənilər təşvişdə: Yevlaxda görüş baş tutarsa, Rusiya...
    • 3-08-2023, 10:49
    • 165

Ermənilər təşvişdə: Yevlaxda görüş baş tutarsa, Rusiya...

“Minsk Qrupu-2”nin yaradılması ilə bağlı söz-söhbətlər var, lakin həmsədrlik institutu işləmədiyi üçün vasitəçilik missiyaları fərdi təşəbbüslər şəklində ola bilər. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr iddia edir ki, böyük beynəlxalq oyunçular Qarabağ ermənilərinin bəzi nümayəndələrinin Bakı ilə dialoqunu öz maraqlarına xidmət etmək üçün vasitəçilik etməyə və təşkil etməyə çalışacaqlar. 

“Təsadüfi deyil ki, rusiyalı analitiklər Qərbin Rusiyanı regiondan kənarlaşdırmaq üçün vasitəçiliyi tamamilə öz üzərinə götürməyə çalışmasından narahatlıqlarını ifadə edirlər. Amma Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığından aydın olur ki, hətta vasitəçilərin təsir rıçaqları da məhduddur. Azərbaycan isə öz gündəmini irəli aparmaq imkanı əldə edir”, - nəşr iddia edir.

Xatırladaq ki, Yevlaxda Bakının mərkəzi hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığın nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır. Görüş təklifi heç bir üçüncü ölkədən gəlmir, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.

Akqabay