Deputatın partiyası qeydiyyatdan keçmək üçün ölüləri SİYAHIYA SALDI - VİDEO
    • 5-08-2023, 12:38
    • 413

Deputatın partiyası qeydiyyatdan keçmək üçün ölüləri SİYAHIYA SALDI - VİDEO

"Ədliyyə Nazirliyinə təqdim olunan siyahıda 11 nəfər 18 yaşına çatmayan üzvümüz olduğu aşkarlanıb".

News24.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Vəhdət Partiyasının Baş Məclisinin sədri Fəxrəddin Ağazadə deyib. 

Onun sözlərinə görə, 18 yaşa çatmayan üzvlərin problemi ay və gün fərqi ilə əlaqədardır: 

"Biz nazirliyin bu iradını qəbul edirik. Bundan əlavə də nazirliyə təqdim etdiyimiz 11788 nəfərlik üzv siyahısından 151 nəfərin vəfat etdiyi bəlli olub. Sənədlərin üzərində işləyib, təkrar nazirliyə təqdim edəcəyik”.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli Ədliyyə Nazirliyinin qeydiyyatla bağlı partiyaya ünvanladığı məktubda yer alan nöqsanları qəbul etdiyini bildirib.