Prezident İlham Əliyev Qazax rayonuna səfər etdi
    • 7-08-2023, 09:14
    • 300

Prezident İlham Əliyev Qazax rayonuna səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

News24.az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.