Əsirlikdəki əsgərimiz anasına zəng etdi - VİDEO
    • 8-08-2023, 14:25
    • 430

Əsirlikdəki əsgərimiz anasına zəng etdi - VİDEO

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov ailəsi ilə əlaqə saxlayıb.

News24.az 
xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Videozəngin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutduğu bildirilir.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini “qətlə yetirməkdə təqsirləndirilib” və 20 il müddətinə azadlıqdan məhrum edilib.