Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi başlayır
    • 9-08-2023, 09:38
    • 189

Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi başlayır

Avqustun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Bu mərhələyə ümumilikdə 5 660 namizəd dəvət olunub. 

News24.az-a verilən məlumata görə, müsahibələr avqustun 18-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. 

Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.