ABŞ-ın nüvə silahının Niderlandda yerləşdirilməsinə qarşı çıxan 15 nəfər saxlanılıb
    • 9-08-2023, 21:23
    • 179

ABŞ-ın nüvə silahının Niderlandda yerləşdirilməsinə qarşı çıxan 15 nəfər saxlanılıb

Niderland polisi “Volkel” aviabazasında ABŞ-ın nüvə silahının yerləşdirilməsinə qarşı çıxan 15 nəfəri saxlayıb.

News24.az-ın məlumatına görə, bu barədə “Omroep Brabant” telekanalı məlumat yayıb.

Bildirilib ki, aviabaza yaxınlığında düşərgə salan etirazçılar onun ərazisinə qanunsuz daxil olmaq üçün bellərlə hasarın altından yeraltı yol qazmağa cəhd ediblər. Özü də ABŞ-ın Niderlandda nüvə silahlarının yerləşdirilməsi və aviasiya tullantılarının atmosferə atılmasına qarşı çıxan etirazçılar bu niyyətlərini əvvəlcədən sosial şəbəkələrdə açıqlayıblar.