Ronaldodan daha bir REKORD
    • 13-08-2023, 16:55
    • 309

Ronaldodan daha bir REKORD

Səudiyyənin “Əl Nəsr” klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo dünyada ilk dəfə İnstaqramda 600 milyon izləyici sayına çatıb.

News24.az xəbər verir ki, futbolçu 500 milyon izləyiciyə hələ ötən ilin noyabrında çatmışdı.

Dünyanın ən tanınmış simalarından biri olan Ronaldo platformada fəal iştirakı sayəsində may ayından bəri Instaqram-da 150 milyondan çox izləyici toplayıb.

Ulduz futbolçu bu səhifədəki hər paylaşımına görə 2,39 milyon dollar qazanır.

Qeyd edək ki, argentinalı futbol ulduzu Lionel Messi İnstaqram izləyicilərinin sayına görə ikinci yerdə (482 milyon), müğənni-aktrisa Selena Qomez isə üçüncü yerdə (427 milyon) gəlir. 
Günəş Mərd