Ukraynalı diplomat Ermənistanda BOĞULDU
    • 14-08-2023, 11:11
    • 230

Ukraynalı diplomat Ermənistanda BOĞULDU

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Göyçə gölündə boğulub.

News24.az "News.am"-a istinadən xəbər verir ki, yerli vaxtla bazar günü saat 20:17-də Ermənistanın Geqarkunik əyalətinin xilasetmə idarəsinin əməkdaşları Sevan gölünün ictimai çimərliyində sahildən 25 metr aralıda bir nəfərin batdığını görüblər.

Qeyd olunur ki, bazar günü saat 20:17-də Göyçə gölünün ictimai çimərliyində növbə çəkən xilasediciləri göldə çimən bir nəfərin batdığını görüblər.
Xilasedicilər əraziyə üzərək həmin şəxsi təxminən 1,5 metr dərinlikdən çıxarıb.

Hadisə yerinə gələn təcili yardım briqadası həmin şəxsin öldüyünü müəyyən edib.

Qumral Əliyeva