Ukraynanın əks-hücumu buna görə UĞURSUZ OLDU
    • 14-08-2023, 16:55
    • 149

Ukraynanın əks-hücumu buna görə UĞURSUZ OLDU

“Ukraynanın əks-hücumunun ləngiməsi Baydenin tərəddüdünün günahıdır”.
 
News24.az xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton deyib. 
 
O, bu barədə Prezident Co Baydenin Ukrayna siyasətini şərh edərkən bildirib. 
 
Bolton ABŞ hökumətini həddən artıq ləng hərəkətdə günahlandırıb.

O bildirib ki, Ukrayna silahlı qüvvələrinin əks-hücumunun zəif tempi Kiyevə yardımın ləng çatdırılması ilə əlaqəlidir. Onun sözlərinə görə, silah təchizatı ilə bağlı mübahisələr, eskalasiya qorxusu və Moskvanın hərəkətləri bir sıra ölkələrdə “paralitik ehtiyatlılığa” səbəb olub.
Keçmiş müşavir əlavə edib ki, Ukrayna silahlı qüvvələrinin əməliyyat zamanı ciddi uğur qazana bilməməsi Baydenin siyasətinin nəticəsidir.
 
Ayşən