ABŞ terrorçulara 50 maşın yardım YOLLADI
    • 15-08-2023, 17:07
    • 132

ABŞ terrorçulara 50 maşın yardım YOLLADI

ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zor vilayətindəki bazalara təxminən 50 maşından ibarət gücləndirmə karvanı göndərib.

News24.az
"A HABER"-ə istinadla xəbər verir ki,ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid sərhəd qapısından keçərək Həsəkəyə daxil olub.

Təxminən 50 maşından ibarət konvoy Deyr əz-Zor çölündə terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki Koniko və əl-Ömər neft yataqlarında ABŞ qüvvələrinin bazalarına çatıb.

ABŞ ordusu 6, 8, 22 və 25 yanvar, 19, 20 iyun və 11 iyul tarixlərində terror təşkilatı PKK/YPG-nin Haseke çölündə işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder yaşayış məntəqələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.

Aydan