Fransada yanğının yayılmasında sakinlər GÜNAHLANDIRILIR
    • 17-08-2023, 21:12
    • 121

Fransada yanğının yayılmasında sakinlər GÜNAHLANDIRILIR

Fransanın cənubundakı 4 min əhalisi olan Saint-Andre şəhərinin meri Samuel Moli avqustun 14-də başlayan yanğında şəhər əhalisini günahkar bilərək məhkəməyə müraciət etməyə hazırlaşdığını açıqlayıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki,  Moli 500 hektar ərazini məhv edən yanğından bir ay əvvəl əhaliyə evlərinin ətrafındakı kolları təmizləmək barədə xəbərdarlıq etdiyini bildirib. 

Şəhər əhalisinin bu vəzifəni yerinə yetirmədikləri üçün yanğına görə məsuliyyət daşıdığını deyib.

"Mən bu öhdəliyi yerinə yetirməyən başqalarının həyatını təhlükəyə atdıqları üçün Saint-Andre sakinlərinə qarşı cinayət işi açacağam", - deyə o, qeyd edib.
Günəş Mərd