ABŞ PKK terrorçularına TƏLİM KEÇİB
    • 19-08-2023, 13:48
    • 96

ABŞ PKK terrorçularına TƏLİM KEÇİB

ABŞ PKK terror təşkilatı ilə birgə Suriyada silahlı təlim keçib.
 
News24.az xəbər verir ki, bu barədə “Yeniakit” məlumat yayıb. 
 
Bu istiqamətdə ABŞ Ordusu terror təşkilatı PKK ilə Hasəkədə Əbdüləziz dağı neft yataqlarında və Deyr əz-Zor vilayətindəki əl-Ömər və Koniko neft yataqlarında yerləşən bazalarında tez-tez hərbi təlimlər keçirir.

Birgə silahlı təlimdə zenit silahları, ABŞ istehsalı “Bradley” zirehli döyüş maşınları və müxtəlif ağır silahlardan istifadə olunub. Bundan əlavə, terrorçulara vertolyotlardan eniş, stasionar və mobil hədəflərdə tank əleyhinə raketlərdən (TOW) istifadə, Kanasda isə termal durbinlə təlimlər keçirilib.


Bildirilib ki, Ömər neft yatağındakı ABŞ bazasına köçürülən terrorçulara yaxın günlərdə tam hərbi texnika veriləcək.

Xatırladaq ki, DEAŞm terror təşkilatına qarşı qurulan koalisiyanın tərkibində yer alan ABŞ daha əvvəl də Fəratın şərqindəki Haseke və Deyr əz-Zor torpaqlarında PKK terrorçularına müxtəlif silahlı təlimlərlə dəstək vermişdi.
 
Ayşən