Məşhur mem it əməliyyat zamanı öldü
    • 19-08-2023, 21:05
    • 260

Məşhur mem it əməliyyat zamanı öldü

Memlərdə it Çims kimi tanınan Bolzi adlı Şiba İnu iti əməliyyat zamanı öldü. 

News24.az xəbər verir ki, bu barədə heyvanın sahibi İnstaqramda bildirib. 

“O, cümə günü səhər son torasentez əməliyyatı zamanı öldü. Bu əməliyyatdan sonra onu müalicə etmək istəyirdik, lakin çox gec oldu" - paylaşımda qeyd olunub. 

İtin sahibi insanları kədərlənməməyə çağırıb.

Qeyd edək ki, Çims adlı itin olduğu mem koronavirus pandemiyası zamanı məşhurlaşmışdı. 
Günəş Mərd