Axtarış-xilasetmə işləri zamanı ölən itin adı TÜKİYƏDƏ YAŞADILACAQ - FOTO
    • 22-02-2023, 09:02
    • 148

Axtarış-xilasetmə işləri zamanı ölən itin adı TÜKİYƏDƏ YAŞADILACAQ - FOTO

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyənin 10 əyalətində böyük dağıntılara səbəb olub. Zəlzələlərdən sonra dağıntılar altında olan vətəndaşları xilas etmək üçün dünyanın hər yerindən axtarış-xilasetmə qrupları Türkiyəyə göndərilib.

News24.az xəbər verir ki, Meksikadan Türkiyəyə göndərilən 10 nəfərlik xilasetmə qrupunun tərkibində olan Proteo adlı it bir çox insana ümid olub.

Qəhrəman it axtarış-xilasetmə işləri zamanı dünyasını dəyişib.

Kocaeli Başiskele Bələdiyyəsi Proteo ilə bağlı qərar qəbul edib.

Məlumata görə, tikintisi yaxın zamanlarda başa çatdırılan Sahibsiz Heyvanların Bərpa Mərkəzinə qəhrəman itin adı verilib.

Qeyd edək ki, Meksika komandası işlərini tamamladıqdan sonra ölkəsinə aparılan və alqışlarla qarşılanan Proteonun məşqçisi Karlos Villed verdiyi açıqlamada itin sosial mediada iddia edildiyi kimi dağıntı altında qalaraq deyil, yaşa görə öldüyünü bildirib. /CNN Türk/

Teymur MƏMMƏDOV