“Neftçi”nin rəqibi Çin millisi olacaq
    • 19-08-2023, 22:27
    • 110

 “Neftçi”nin rəqibi Çin millisi olacaq

İspaniyada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin yarımfinal oyunu baş tutub.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan "ağ-qaralar" matça üstün başlayıb və yekunda rəqibi üzərində 14-17 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Finala gedən yolda Azərbaycan təmsilçisi Çin millisi ilə görüşəcək.

Matç Bakı vaxtı ilə saat 21:55-də baş tutacaq.