"Sabah"dan ŞOK TRANSFER GÖZLƏYƏK?
    • 22-08-2023, 11:23
    • 98

"Sabah"dan ŞOK TRANSFER GÖZLƏYƏK?

"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını "Sabah"da davam etdirəcək.

News24.az  Day.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Sport-ekspress" nəşri məlumat yayıb.

Bildirilib ki, A.Quliyev Rusiya 1-ci liqa təmsilçisində fərdi proqram üzrə məşq edir. Ancaq onun hər hansı zədəsi yoxdur.

A.Quliyev sonuncu dəfə iyulun 17-də Birinci Liqanın 1-ci turunun "Tümen"lə oyununda (1:3) "Ximki"nin heyətində meydana çıxıb.

Daha əvvəl "Neftçi"nin azərbaycanlı futbolçunun transfer edəcəyi xəbəri yayılmışdı. Ancaq təzminat qiyməti məsələsində klublar razılığa gəlməmişdi.