F-16-lar müharibəni uzadacaq
    • 25-08-2023, 13:04
    • 94

F-16-lar müharibəni uzadacaq

Danimarka və Hollandiyanın F-16 qırıcılarını Kiyevə təhvil verməsi Ukrayna münaqişəsinin daha da uzanmasına səbəb olacaq.

News24.az xəbər verir ki, bu barədə İsveçin “Proletären” qəzeti yazır.

Nəşr qeyd edir ki, ölkədəki münaqişə yalnız Qərbin hərbi-sənaye kompleksinə sərf edir, lakin Ukrayna prezidenti Volodimir Zelenski “həyasızcasına daha çox hərbi texnika istəməyə davam edir”. 

“İsveç hakimiyyətinin Kiyevə “Saab” təyyarələri verməklə ölkəni NATO və Rusiya arasında hərbi qarşıdurmaya daha da cəlb etməsi, yəqin ki, zaman məsələsidir. İyunda buna doğru ilk addım İsveç hökumətinin ukraynalı pilotlara isveçli qırıcıları uçurmaq üçün öyrədilməsi barədə qərar qəbul edərkən atılıb”, - deyə vurğulanıb.

 

Ayşən