Rusiya aviaşirkəti Bakıya uçuşların sayını ARTIRDI
    • 28-08-2023, 18:39
    • 191

Rusiya aviaşirkəti Bakıya uçuşların sayını ARTIRDI

Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırıb.

News24.az APA-ya istinadən xəbər verir ki, “İrAero” aviaşirkəti avqustun 31-dən Krasnoyarskdan Bakıya uçuşların sayını ikiyə çatdıracaq.

Belə ki, aviaşirkətin təyyarələri Azərbaycanın paytaxtına cümə axşamı və bazar günləri uçuşlar həyata keçirəcək.

Cümə axşamı Krasnoyarskdan təyyarələr saat 20:20-də, bazar günləri saat 09:10-da Bakı istiqamətində havaya qalxacaq.