NATO ölkələri Zelenskiyə SON ŞANS VERDİ
    • 29-08-2023, 14:59
    • 244

NATO ölkələri Zelenskiyə SON ŞANS VERDİ

NATO ölkələri Ukrayna prezidenti Vladimir Zelenski ilə hərbi əməliyyatların bir il müddətinə uzadılmasını müzakirə edib.

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunub ki, Kiyevə silah ötürən Alyansın üzvləri döyüş meydanında Ukraynadan mühüm uğur gözləyirlər, əks halda onlar Ukrayna liderini sülh danışıqlarına məcbur edəcəklər.

MDB Ölkələri İnstitutunun rəis müavini Vladimir Jarixinin sözlərinə görə, ABŞ Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına böyük ümidlər bəsləyirdi. Bununla da, onlar danışıqlar prosesi zamanı Rusiyaya təzyiq göstərmək istəyirdilər. Lakin son nəticələr Vaşinqtonu  tamamilə məyus edib.

Aynurə