BMT-dən Fransanın hicab qadağasına MÜNASİBƏT
    • 29-08-2023, 21:11
    • 160

BMT-dən Fransanın hicab qadağasına MÜNASİBƏT

BMT Fransanın məktəblərdə müsəlman qadınların əba geyinməsinə qadağa qoymasını tənqid edib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi Marta Urtado Cenevrədə jurnalistlərə açıqlaması zamanı bildirib.

“Geyim seçiminə məhdudiyyətlərə yalnız çox məhdud hallarda icazə verilir. İnsan hüquqları sahəsində ictimai asayiş naminə görülən tədbirlər zəruri və mütənasib olmalıdır”, - deyə Urtado bildirib.

Qeyd edək ki, sentyabrın 4-dən Fransa məktəblərində qadınların əba geyinməsi qadağan edilib.