"Priqojin ölməyib" - Daha bir İDDİA
    • 30-08-2023, 13:11
    • 124

"Priqojin ölməyib" - Daha bir İDDİA

Rusiyalı politoloq doktor Valeri Solovey "Vaqner"in keçmiş lideri Priqojinin təyyarə qəzasında ölmədiyini, sağ olduğunu və qisas almağa hazırlaşdığını, Rusiya prezidenti Putinin isə yeni üsyana qarşı “hazırlaş” əmri verdiyini iddia edib.

News24.az xəbər verir ki, bu barədə Türkiynin "Hüriyyet" nəşri məlumat yayıb.

Priqojinin dəfn mərasimi dünən mətbuata qapalı keçirilib. Vaqner qrupunun verdiyi açıqlamada Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən dəfn mərasiminin qapalı formatda keçirildiyi, Priqojinlə vidalaşmaq istəyənlərin Poroxovskoye qəbiristanlığını ziyarət edə biləcəyi açıqlanıb.

Moskvanın nüfuzlu casuslar və diplomatlar yetişdirən Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) keçmiş professoru Soloveyin sözlərinə görə, Priqojin Rusiya Təhlükəsizlik Şurasının planlaşdırdığı sui-qəsddən yayınmağı bacarıb və indi onun qisasını almaq üçün planlar hazırlayır.

Qəza yerində Priqojinin DNT nümunələrini tapan Rusiya səlahiyyətlilərini yalan danışmaqda günahlandıran Solovey iddia edir ki, onun kaskadyoru Priqojinin olduğu yerdə təyyarəyə mindiyi üçün sui-qəsd cəhdi baş tutmayıb.

ABŞ kəşfiyyatının təyyarənin içəridən partlama nəticəsində qəzaya uğraması ilə bağlı iddialarına qarşı çıxan rusiyalı analitik Priqojinin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu və əmri Putinin özü verdiyini iddia edir.

"Priqojin indi sağdır və azadlıqdadır. O, təyyarədə olub, dublyoru yox. Putin bunu yaxşı bilir. Əgər Rusiya hakimiyyətinin açıqlamalarına inanırsınızsa, sizə nə deyə bilərəm?" deyə o bildirib.


Yayımladığı videoda Priqojinin qisas üçün hazırlıqlara başladığını israrla iddia edən rusiyalı analitik Vaqner liderinin 2 milyard dollarlıq fondunun olduğunu və bunun qisas almağa kifayət etdiyini iddia edir.

Priqojinin gizləndiyi ölkəni yaxın günlərdə açıqlayacağını iddia edən Solovey bu ölkənin Afrikada olmadığını bildirib.

Aydan