Qarayara xəstəliyi qeydə ALINDI
    • 31-08-2023, 15:04
    • 253

Qarayara xəstəliyi qeydə ALINDI

Qazaxıstanın şimalında, Akmola vilayətinin Uşkarasu kəndində qarayara xəstəliyinin ocağı qeydə alınıb.

News24.az xəbər verir ki, rayon baytarlıq idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə 12 nəfər xəstəxanaya yerləşdirilib.

Tibb işçiləri xəstəxanaya yerləşdirilənlərin hamısını xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə göndəriblər. Kliniki təzahürlər və laboratoriya məlumatları əsasında onlara qarayara diaqnozu qoyulub.

Məlum vəziyyət səbəbindən kənddə karantin elan edilib, polis kəndə girişi bağlayıb.

Aynurə